Avqust 21, 2025-20:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gürcüstanın Əməkdar inşaatçısı Davit Gurgenidzeyə AzMİU-nun fəxri doktoru adı verilib

2024:01:26 - 14:24
in SOSİAL
A A

Gürcüstanın bir neçə ali təhsil müəssisəsinin rektorları Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində rektorlar AzMİU-nun Elmi şurasının xüsusi iclasında iştirak ediblər. İclasda rektor professor Gülçöhrə Məmmədova Azərbaycan-Gürcüstan əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, strateji regional inteqrasiya layihələrində birgə iştiraklarından bəhs edib. Dünyanın aparıcı universitetləri ilə elm və təhsilin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsindən danışan rektor regionun ali məktəbləri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına, xüsusilə Gürcüstan Texniki Universiteti ilə əlaqələrə toxunub, AzMİU alimlərinin “ERASMUS+ KA2”, “Beynəlxalq bilik mübadiləsi üzərindən təhsilin islahatları – RETHİNK”, “Horizon və bir çox digər layihələr çərçivəsində gürcüstanlı həmkarları ilə yaxından əməkdaşlıq etdiyini bildirib.

Rektor AzMİU ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalandığını, müqavilə çərçivəsində faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu xatırladaraq bu müqavilənin yenilənməsinə ehtiyac olduğunu bildirib.

Gürcüstan Texniki Universitetinin rektoru Davit Gurgenidze öz növbəsində universitetlərarası əlaqələrdən, elm, təhsil sahəsində görülən işlərdən bəhs edib, hər iki universitetin alimlərinin bundan sonra da elmin ən yüksək zirvələrini birgə fəth edəcəyinə əminliyini ifadə edib.

Tbilisi Dövlət Universitetinin rektoru Jaba Samushia rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrindən, iştirakçısı olduğu layihələrdən bəhs edib. O, AzMİU ilə Tbilisi Dövlət Universiteti arasında mümkün əməkdaşlıq əlaqələrinə diqqət çəkib və bu əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd edib.

Kutaisi Beynəlxalq Universitetinin rektoru Alexander Tevzadze də rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib və Azərbaycan universitetləri, o cümlədən AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Görüş zamanı rektorlar – Gülçöhrə Məmmədova və Davit Gurgenidze yenilənmiş müqaviləyə imza atıblar. Tərəflər bu müqavilənin universitetlərarası tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və gücləndirilməsinə yeni təkan olacağına əminliklərini ifadə ediblər.

Müqaviləyə əsasən, iki universitet arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq əlaqələri yenilənib. Sənəddə tədris-metodiki əməkdaşlığın istiqamətləri üzrə birgə mütəxəssis hazırlığının aparılması, qarşılıqlı mübadilə əsasında müəllimlərin staj keçməsi, tələbələrin təhsilə və praktikaya cəlb olunması, müəllimlərin diplom layihələrinin və magistr işlərinin müdafiəsi üzrə dövlət imtahan komissiyasının işində iştiraka cəlb edilməsi kimi mühüm məsələlər yer alıb. Elmi-texniki istiqamət üzrə isə konfrans və seminarların keçirilməsi, elmi kadrların hazırlanması, birgə tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Sonra Gürcüstan Texniki Universitetin rektoru, Gürcüstanın Əməkdar inşaatçısı Davit Gurgenidzeyə ölkələrimiz və universitetlər arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə AzMİU-nun fəxri doktoru adı verilib.

Qeyd edək ki, Davit Qurgenidze 2006-cı ildə Gürcüstan Enerji Akademiyasının, 2019-cu ildə Gürcüstan Mühəndislik Akademiyasının, 2021-ci ildə Gürcüstan Hüquq Elmləri Akademiyasının həqiqi üzvü – akademiki seçilib. Bundan əlavə o, Polşanın Bialystok Texniki Universitetinin və Ukrayna Milli Aviasiya Universitetinin fəxri professorudur.

Əvvəlki Yazı

Botanika İnstitutunun doktorantı Türkiyənin Dokuz Eylül Universitetində tədqiqat aparıb

Növbəti Yazı

BŞTİ: İşə qəbul üzrə 150 nəfər sənəd verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.