Gürcüstanın Konstitusiya Məhkəməsi respublika prezidenti Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərləri səbəbindən konstitusiyanı poza biləcəyi ilə bağlı konstitusiya təqdimatına baxmağa başlayıb. Məhkəmə iclası yerli telekanallar tərəfindən canlı yayımlanır.
Artıq iclası Konstitusiya Məhkəməsinin sədri Merab Turava açıb. İclasda təklifin müəllifi olan hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasını siyasi assosiasiyanın rəhbəri İrakli Kobaxidze, həmçinin deputatlar Giorgi Kaxiani, Anri Oxanaşvili və Tengiz Şarmanaşvili təmsil edir. Məhkəmədə prezidentin maraqlarını parlamentin keçmiş deputatı Tamar Çuqoşvili və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Maya Kopaleişvili təmsil edir. Zurabişvilinin özü prosesə gəlməyib.
Hər iki tərəf işə açıq şəkildə baxılmasının tərəfdarı olub.
Sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti onun səfərlərinə razılıq verməyib, bu səbəbdən hakim partiya onu Gürcüstan Konstitusiyasını pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb. Sentyabrın sonunda o, icazəsiz Baltikyanı ölkələrə də səfər edib. (Tass)