İyun 15, 2025-23:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

GYB-nin Azərbaycan bölməsinin dərc etdirdiyi “Körük” jurnalı yenidən nəşr olunub

2025:06:06 - 15:48
in MƏDƏNİYYƏT
A A

Tbilisidə Gürcüstan Yazıçıları Birliyinin (GYB) Azərbaycan bölməsinin dərc etdirdiyi “Körük” adlı ədəbiyyat və sənət jurnalının uzun fasilədən sonra yenidən nəşrinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində yeni nəşrin təqdimatı olub.

Mərasimdə GYB-nin Azərbaycan bölməsinin rəhbəri, dərginin baş redaktoru Allahverdi Təkləli, türkiyəli şair Aytekin Karpaça, azərbaycanlı ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə işıq üzü görmüş nəşrdə Gürcüstanın azərbaycanlı şair və yazıçıların əsərləri ilə yanaşı, müasir Azərbaycan, gürcü və dünya ədəbiyyatının nümunələri də yer alıb.

A.Təkləli deyib ki, “Körük” jurnalının məqsədi Gürcüstanın azərbaycanlı icmasının ədəbi irsini qoruyub saxlamaq, təbliğ etmək və yeni qələm sahiblərini cəmiyyətə tanıtmaqdır. O, jurnalın yenidən nəşr olunmasına göstərdiyi maddi dəstəyə görə, TİKA-ya təşəkkürünü bildirib, jurnalın iki ayda bir dəfə nəşr olunacağını bildirib.

Sonda tədbir bədii hissə ilə davam edib, aşıq Nargilə Mehtiyeva ifalarını təqdim edib, müxtəlif şeir nümunələr söylənilib.

GYB-nin sədri Bağatur Arabuli AZƏRTAC-a müsahibəsndə deyib ki, bir neçə ilə əvvəl Tbilisidə Azərbaycan və gürcü dillərində “Şəfəq-Sxivi” və “Körük” jurnalları nəşr olunurdu. Sonradan müxtəlif səbəblərdən bu jurnalların nəşri dayandırıldı. Lakin bu gün “Körük” jurnalının yenidən nəşr olunması mühüm əhəmiyyət kəsb edir.

Əvvəlki Yazı

Türkiyə səfirliyi Qurban bayramı münasibətilə təbrik paylaşıb

Növbəti Yazı

Sumqayıtda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə sahilyanı təmizlik aksiyaları keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.