Fələstinin HƏMAS radikal hərəkatı iddia edir ki, tərəfdarları İsrail qüvvələrinin ötən gecə həyata keçirmək niyyətində olduğu quru əməliyyatını pozmağa nail olublar. Bu barədə hərəkatın Telegram kanalında dərc olunan bəyanatda deyilir.
“[İsrail] işğal qüvvələrinin Qəzza zolağına üç cəbhədə quru hücumu cəhdi uğursuzluqla nəticələnib”, – bəyanatda deyilir. HƏMAS-ın məlumatına görə, “düşmən canlı qüvvə və texnikada böyük itki verib”. Hərəkat həmçinin bildirib ki, İsrail qüvvələri “ümumi müdafiə planına uyğun olaraq Fələstin müqaviməti tərəfindən hazırlanmış bir neçə bölgədə pusquya salınıb”. (Tass)