Fələstinin Həmas hərəkatı BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə bağlı qəbul etdiyi qətnaməni qeyri-kafi və anklavdakı mövcud vəziyyətə uyğun olmayan adlandırıb.
“Təhlükəsizlik Şurasının Qəzza sakinlərinə humanitar yardımın artırılmasını tələb edən bugünkü qətnaməsi qeyri-kafi addımdır və zolağındakı fəlakətli vəziyyətin tələblərinə cavab vermir”, – hərəkatın Əl-Cəzirə tərəfindən sitat gətirildiyi bəyanatda deyilir.