HƏMAS hərəkatı Qəzzada yüzlərlə insanın ölümünə səbəb olan xəstəxananın atəşə tutulmasını şərh edərkən bildirib ki, anklavda mövcud olan fələstinli qrupların ixtiyarında dərhal belə itkilərə səbəb ola biləcək raketlər yoxdur.
“Məlumdur ki, Fələstin müqavimət qüvvələrinin əldə etdiyi raketlər yerli istehsaldır və o qədər dağıdıcı gücə malik deyil ki, bir anda yüzlərlə insanın ölümünə səbəb ola bilsin” – hərəkatın Siyasi Bürosunun üzvü İzzət ər-Rişqin Teleqram kanalında dərc edilən bəyanatda qeyd edilib. (Tass)