İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin Həmas hərəkatının əsas silah istehsalçısı Möhsün Əbu Zinanı hava zərbəsi nəticəsində öldürüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“IDF və Şin Bet [Ümumi Təhlükəsizlik Xidməti] HƏMAS-ın yüksək səviyyəli silah istehsalçısını məhv edib. Kəşfiyyat məlumatlarından sonra İDF-nin döyüş təyyarəsi HƏMAS-ın silah və sənaye departamentinin rəhbəri Möhsün Əbu Zinanı iş yerində öldürüb”, – bəyanatda deyilir.
Mətbuat xidməti qeyd edib ki, “fəaliyyəti çərçivəsində Əbu Zina HƏMAS silahlarının aparıcı istehsalçılarından biri və HƏMAS terrorçularının istifadə etdiyi strateji silahların və raketlərin hazırlanması üzrə ekspert olub”. (Tass)