Fələstinin radikal HƏMAS hərəkatı Ənsar Allah hərəkatının yəmənli husi üsyançıları tərəfindən Qırmızı dənizdə “Qalaktika Lideri” gəmisinin ələ keçirilməsini müsbət qiymətləndirib. Bunu HƏMAS lideri Usamə Həmdan deyib.
“Bu, layiqli bir addımdır, biz bunu alqışlayırıq. İşğalçı [İsrail] ordusunun törətdiyi cinayətlərin miqyası hər bir vicdanlı müsəlmanı Qəzzaya dəstək verməyə məcbur edir”, – Həmdan Teleqram kanalında sitat gətirib. (Tass)