Fələstinin Həmas hərəkatı Qəzza zolağına qarşı təcavüz bitənə qədər İsraillə hər hansı məhbus mübadiləsi razılaşmasını istisna edib. Bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Usamə Həmdan deyib.
Qətərin Əl-Cəzirə telekanalına verdiyi açıqlamada, “Qəzza zolağına qarşı təcavüz sona çatana qədər [İsrail ilə] məhbus mübadiləsi sazişindən söhbət gedə bilməz” deyib. (Tass)