Fələstinin radikal HƏMAS hərəkatı Misir vasitəçiləri ilə Qəzza zolağında İsraillə atəşkəsi qorumaq və girovlarla bağlı razılaşmanı bərpa etmək üçün razılığa gəlib. Bu barədə “Jerusalem Post” qəzeti yazır.
Nəşr qeyd edib ki, Böyük Britaniyada yerləşən Əl-Ərəbi Əl-Cədid xəbər təşkilatının Misir mənbələrinə istinadən , HƏMAS və İsrail arasında saziş humanitar yardım və yanacaq müqabilində “orijinal formada” saxlanılacaq. Qəzzaya çatdırılmalar cümə axşamı günü həyata keçirilməlidir, bundan sonra Həmas şənbə günü azad ediləcək üç girovun adlarını açıqlayacaq. (Tass)