Fələstinin HƏMAS radikal hərəkatı Rusiya Federasiyası, Çin, həmçinin ərəb və İslam ölkələrindən Fələstin xalqına yardım göstərmək üçün diplomatik səyləri davam etdirmələrini xahiş edir. Bu sözləri hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin “Əl-Cəzirə” telekanalında deyib.
“Biz ərəb və islam, eləcə də dost ölkələrin, xüsusilə Rusiya və Çinin xalqımızın azadlıq və müstəqillik istəklərini həyata keçirə bilməsi üçün davamlı [diplomatik] səylərin vacibliyini vurğulayırıq”, – o əlavə edib. (Tass)