İyun 12, 2025-15:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Həmyerlimiz Çində “İpək Yolu dostluq elçisi” mükafatına layiq görülüb

2025:06:10 - 17:10
in MƏDƏNİYYƏT
A A

Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunun (SUMR) Kuça şəhərində 4-cü “İpək Yolu dostluq elçisi” mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Çin Beynəlxalq Mədəniyyət Mübadiləsi Mərkəzinin və “Jenmin Jibao” qəzetinin təşkilatçılığı, SUMR yerli hökumətinin dəstəyi iştirakı ilə keçirilən tədbirdə 15-dən çox ölkədən nümayəndələr, dövlət və hökumət rəsmiləri, elm adamları və mədəniyyət xadimləri iştirak edib. Mədəniyyətlərarası dialoqu və dostluğu təbliğ edən nüfuzlu beynəlxalq tədbirdə İpək yolu ölkələri arasında sülh, əməkdaşlıq və xalqlar arasında qarşılıqlı anlaşma ideallarına töhfə verən 10 nəfər və bir təşkilata “İpək Yolu dostluq elçisi” mükafatı təqdim olunub. Onlar arasında Çində yaşayan həmvətənimiz Asəf Tağıyev də olub.

Mərasimdə çıxış edən A.Tağıyev Azərbaycanın tarixi İpək yolundakı strateji rolunu vurğulayıb, ölkəmizin Şərqlə Qərb arasında körpü funksiyasını əsrlər boyu uğurla yerinə yetirdiyini xatırladıb. Bildirib ki, Azərbaycanın Bakı, Şamaxı, Gəncə və Naxçıvan kimi tarixi şəhərləri İpək yolu üzərində mühüm ticarət və mədəniyyət mərkəzləri olub. Sovet İttifaqı dağılandan sonra Ümummilli Lider Heydər Əliyev tarixi İpək yolunun yenidən canlandırılması ideyasını irəli sürüb, bu istiqamətdə mühüm beynəlxalq təşəbbüslər həyata keçirilib.

O, Çin lideri Si Cinpinin irəli sürdüyü “Kəmər və yol” təşəbbüsünün yaratdığı əməkdaşlıq imkanlardan danışıb, ölkəmizin nəqliyyat-logistika və enerji sahələrində regional mərkəzə çevrildiyini diqqətə çatdırıb.

Əvvəlki Yazı

Şəmkirdə 5 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Növbəti Yazı

İki müxalifət bloku Paşinyanın impiçmenti ilə bağlı danışıqlar aparacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.