İyun 24, 2025-9:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Həmyerlimiz Türkiyədə beynəlxalq festivalın ən yüksək mükafatına layiq görülüb

2024:02:05 - 12:25
in MƏDƏNİYYƏT
A A

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi Nuray Əliyeva Türkiyənin Çukurova Universitetində keçirilən “Adana Rapsodi” beynəlxalq piano festivalı və yarışmasının Qran-Pri mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, yarışmada ölkəmizlə yanaşı Türkiyə, Türkmənistan, Rusiya, Qırğızıstan, Polşa, Almaniya kimi dünyanın müxtəlif ölkələrindən 300-dən artıq gənc pianoçu iştirak edib.

N.Əliyeva festivalda Qran-Pri mükafatı ilə yanaşı, öz yaş qrupu üzrə də birinciliyə layiq görülüb.

Həmyerlimiz bu ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən 2024-2025-ci illərdə Çukurova Universiteti Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solo konsert verməyə dəvət alıb. Eyni zamanda, o, Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək 26-cı “Bellapais” Beynəlxalq Musiqi Festivalında çıxışı etməsi üçün Kiprə dəvət edilib.

Hisslərini AZƏRTAC-la bölüşən Nuray olduqca həyəcanlı və qürurlu olduğunu ifadə edib. O, ölkəmizin adının dünyada səsləndirİlməsində iştirak etmək, bu qədər iştirakçı arasında ən yüksək mükafata layiq görülməklə yanaşı bu mükafatı dünyaca məşhur pianoçu Gülsüm Onayın ona təqdim etməsinin qürurunu yaşadığını deyib.

Nuray müəllimi, professor Kəmalə Neymanovaya təşəkkürünü bildirib.

Əvvəlki Yazı

Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır

Növbəti Yazı

Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı barədə DTX-də istintaq aparılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.