Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Hərbi hissələrdə komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlər görülür, bütün növ təminat yüksək səviyyədə təşkil olunur.
İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, qarşıdan gələn Qurban bayramı və istirahət günlərində hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda deyilir.