İyun 17, 2025-12:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir

2024:03:22 - 18:00
in SİYASƏT
A A

Hərbi qulluqçuların maarifləndirilməsi üzrə müdafiə nazirinin təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən məşğələlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məşğələlərdə şəxsi heyətlə hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin düzgün təşkil edilməsi və digər mövzularda söhbətlər aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlərlə bağlı məlumatlar hərbi qulluqçulara çatdırılır, Müdafiə Nazirliyi rəhbərliyinin rəsmi görüş və səfərləri, eləcə də regionda baş verən hadisə və yeniliklərlə bağlı ətraflı məlumatlar verilir.

Məşğələlərdə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın əziz bayramı sayılan Novruzun tarixindən, xalqımızın qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrini qoruyub saxlamasından danışılır.

Bundan başqa, söhbətlər zamanı azad olunmuş ərazilərimizin tarixindən, eləcə də bu ərazilərin azad edilməsində qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.

Əvvəlki Yazı

Rabatda Novruz bayramı münasibətilə iftar formatında ziyafət verilib

Növbəti Yazı

Ağ Ev Moskvada baş verən atışma ilə bağlı başsağlığı verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.