Avqust 24, 2025-5:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür – RƏSMİ

2024:01:22 - 14:22
in SİYASƏT
A A

Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər.

“Report”un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, seçkilərin Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsi, eləcə də şəffaflığın təmin edilməsi üçün hərbi hissə və müəssisələrin ərazilərində fəaliyyət göstərəcək məntəqələrdə zəruri tədbirlər görülür. Eyni zamanda, Azərbaycan Ordusunda xidmət edən bir qrup hərbi qulluqçu prezident seçkiləri səsverməsində ilk dəfə iştirak edəcək. Müdafiə Nazirliyi ilk dəfə səs verəcək hərbi qulluqçuları nəzərə alaraq Seçki Məcəlləsi ilə tanışlıq və digər maarifləndirici məlumatların çatdırılmasını da həyata keçirir.

“Ölkə üzrə bütün seçki məntəqələrində olduğu kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin seçki prosesində hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün hərtərəfli şərait və əlverişli mühit yaradılacaq”, -deyə Müdafiə Nazirliyinin açıqladığı məlumatda qeyd olunur.

Nazirlikdən bildiriblər ki, çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunacaq.

Əvvəlki Yazı

® “AccessBank” “Goranboy” filialında təmir-tikinti işlərinin aparılmasına dair tender elan edir

Növbəti Yazı

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin atəşə tutulması nəticəsində azı 40 nəfər həlak olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.