Polşaya hərbi təhlükə yaranarsa, NATO ölkələrinin ən azı 300 min hərbçisi Polşaya göndərilə bilər. Bu barədə Polşa Ordusunun Baş Qərargah rəisinin müavini, general Karol Dimanovski TVP İnfo -da bildirib.
“Bunlar NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitində siyasi səviyyədə təsdiqlənən ən müasir planlarının müddəalarıdır. İndiyə qədər NATO-nun ön sıralarında 40 min əsgər var idisə, indi 300 min olacaq”. Polşalı general jurnalistin radiostansiyanın ölkədəki Amerika qoşunlarının sayını 100 minə çatdırmağın mümkün olub-olmaması ilə bağlı sualını cavablandırıb.O vurğulayıb ki, Şimali Atlantika Alyansının yüksək hazırlıq qrupundan olan hərbçilər müharibə başlamazdan əvvəl bir ölkəyə gəlməlidirlər.
2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitdə NATO liderləri alyansın şərq cinahında 300 min əsgərin yerləşdirilməsi və müdafiə təchizatının əhəmiyyətli dərəcədə genişləndirilməsi planını təsdiqləyiblər. Martın 11-də RMF24 radiostansiyası xəbər verib ki, Vaşinqtona səfərindən əvvəl Milli Təhlükəsizlik Şurasının iclası zamanı respublika prezidenti Anjey Duda ölkədəki Amerika hərbi kontingentinin sayını artırmaq istəyib. Həmin gün ABŞ prezidenti Co Bayden Polşa sərhədində əlavə Amerika hərbçilərinə ehtiyac olmadığını açıqlayıb. Amerikanın Varşavadakı səfiri Mark Bjezinskinin sözlərinə görə, Polşa ərazisində 10 mindən çox ABŞ hərbi qulluqçusu yerləşdirilib. (Tass)