İyun 17, 2025-21:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HÜQUQ

Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır

2024:04:23 - 12:44
in HÜQUQ
A A

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxta sənədlər hazırlamaqla çağırışçıların qanunsuz olaraq həqiqi hərbi xidmət keçməkdən yayınmalarını təşkil edən “The Times Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Ceyhun Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla Ceyhun Hacıyevin ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq onların guya xarici ölkədə yerləşən ali təhsil müəssisələrində əyani şəkildə bakalavr və magistr təhsili almalarına dair saxta sənədlər hazırlamasına, habelə həmin şəxslərin sözügedən sənədlərdən istifadə edərək növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Ceyhun Hacıyevə Cinayət Məcəlləsinin 320.1 (hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama), 32.3, 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırmağa təşkilatçılıq etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Əvvəlki Yazı

Azərbaycana turist gəlişi 40% artıb

Növbəti Yazı

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.