İyun 17, 2025-3:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Həsənriz kəndindəki park doğma torpaqlara köçən sakinlərin istirahət məkanına çevrilib

2025:04:03 - 12:00
in SOSİAL
A A

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağdərə rayonunun Həsənriz kəndində yeni istifadəyə verilən park doğma torpaqlara köçən sakinlərin istirahət məkanına çevrilib. Kənd camaatının asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb. Parkda müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib, ağaclar budanıb, yeni qazon örtüyü döşənib. Yaşıllıq sahələrinə qulluq göstərmək üçün suvarma xətti çəkilib. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, müasir işıqlandırma sistemi qurulub, əyləncə qurğuları və yeni skamyalar qoyulub. Sakinlər belə bir parkın istifadəyə verilməsinə və işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq, quruculuq, yenidənqurma işlərinə görə minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, Ağdərənin Həsənriz kəndində 92 ev təmir olunub. İki mərhələdə buraya 50 ailə köç edib. Kəndə köç üçün 360 nəfər siyahıya alınıb və bu proses mərhələli şəkildə davam etdiriləcək.

Əvvəlki Yazı

Tovuzda məktəbli itkin düşüb

Növbəti Yazı

Nazir: “TAP ilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.