İyul 2, 2025-4:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır

2025:06:30 - 10:54
in SİYASƏT
A A

Rusiya Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqlara yalan açıqlamalarla don geyindirməyə çalışır.

“Report” xəbər verir ki, bu fikir Türkiyənin “Haber Global” telekanalının efirində Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi və zorakılıqları ilə bağlı müzakirələrdə yer alıb.

“Rusiyanın qəzəb doğuracaq əməliyyatı. Azərbaycanlı ailə niyə hədəfə alındı?” adlı süjetdə bu ölkənin Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı zorakı əməliyyat keçirdiyi vurğulanır, “şovinizm Rusiyanın dövlət siyasətinə gəlirmi?” sualına cavab axtarılır.

Qeyd edilir ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb. FTX əməkdaşlarının şübhəli şəxs kimi saxladıqları daha bir neçə azərbaycanlıya ağır işgəncə verdikləri vurğulanır. Bildirilir ki, fotolar azərbaycanlılara qarşı işgəncələrin necə dəhşətli olduğunu göstərir.

Mütəxəssislərin sözlərinə görə, Kreml həqiqəti dilə gətirmək əvəzinə yalanlar uydurmaq variantını seçib, bu da Azərbaycanın haqlı narazılığına səbəb olub.

Qeyd olunur ki, Azərbaycan məsələyə haqlı reaksiya verib. Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb. Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşlarının bu qanunsuzluğu ilə bağlı şübəli məqamlar mövcuddur.

Həmçinin xatırladılır ki, ötən ilin sonlarında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulmasından üç gün sonra da Rusiya rəsmiləri həmin vaxt da hadisə ilə bağlı xoşagəlməz münasibət sərgiləyiblər və bununla bağlı yalan açıqlamalar veriblər.

Rusiya AZAL məsələsində olduğu kimi, Yekaterinburqda törədilən zorakılıqları da yalan açıqlamalarla ört-basdır etməyə çalışır.

Daha ətraflı videomaterialda:

Əvvəlki Yazı

Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb

Növbəti Yazı

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.