Nazirlikdən AZƏRTAC-a bildirilib ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb. Markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunub. Tərtibatında zənginlik, sağlamlıq, güvən, mərhəmət, hikmət və nəciblik elementləri olan rənglərdən istifadə edilib. Marka 4 000 tirajla çap olunub. Markanın dizayneri Aydın Əsgərovdur.
Bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb.