Sentyabr 16, 2025-12:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Hacıqabulda fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsi vəziyyəti müzakirə olunub

2025:08:28 - 16:55
in SOSİAL
A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Muğan Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Hacıqabul Rayon İcra Hakimiyyətində “Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində birgə koordinasiyanın gücləndirilməsi” mövzusunda müşavirə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, FHN-in Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarəedilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional Mərkəzlərlə işin təşkil idarəsinin rəis müavini Namiq Bağırzadə və başqaları fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsinin hazırkı vəziyyəti, bu sahədə qurumlararası əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.

Tədbirdə Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub, suallar cavablandırılıb.

Müşavirədə, həmçinin FHN-in regionda fəaliyyət göstərən qurumları ilə enerji, qaz və su təchizatı üzrə xidmətlər arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının icra vəziyyəti təhlil edilib.

İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

 

Əvvəlki Yazı

Naxçıvanda tibb işçilərinə əməyin mühafizəsi üzrə təlim keçirilib

Növbəti Yazı

Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr və ona aid olan digər sənədlər elan edilib Hadisə

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.