Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Qaribaşvili Litva, Estoniya və İslandiya xarici işlər nazirlərinin Tbilisidə keçirilən mitinqdə xarici agentlər haqqında qanuna qarşı çıxışını ölkənin daxili işlərinə kobud müdaxilə adlandırıb.
“Müxalifətin təşkil etdiyi mitinqdə bu adamlar çıxış edib, bu, bizim ölkənin daxili siyasi işlərinə təhqiramiz bir müdaxilədir, bu, qəbuledilməzdir? Xarici dövlətin nazirliyi gəlir mitinqdə danışır xüsusən də diplomat, bu yazılmamış qanundur, bu, müxalifət tribunasından danışıb bizə ağıl öyrətməkdir bu, yolverilməzdir. Bu, kobud müdaxilədir, hər şeyin pozulmasıdır”, – Qaribaşvili jurnalistlərə deyib. (Tass)