ABŞ-ın vitse-prezidenti Kamala Harris yanvarın 13-dən 17-dək Sinqapur, Bəhreyn və Almaniyaya səfər edəcək. Bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Vitse-prezident Kamala Harris yanvarın 13-dən 17-dək Sinqapur, Bəhreyn və Almaniyaya səfər edəcək”, – məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, yanvarın 15-də Harris Sinqapur rəhbərliyi ilə görüşəcək və Çanqi dəniz bazasına baş çəkəcək. Yanvarın 16-da vitse-prezident Bəhreynin paytaxtı Manamada görüşlər keçirəcək, ABŞ Mərkəzi Komandanlığının və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bölmələrinə baş çəkəcək. Yanvarın 17-də Harris Almaniyada olacaq və burada Spangdahlem aviabazasına baş çəkəcək. (Tass)