Fevralın 9-da axşam saatlarında Hava Hücumundan Müdafiə Qüvvələri Qara dəniz və Krım Respublikası üzərində üç Ukrayna pilotsuz təyyarəsini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 19:20-dən 19:40-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus üç pilotsuz uçuş aparatını məhv edib: ikisi Qara dəniz üzərində, biri isə Krım Respublikasının ərazisi üzərində”, – departamentin Teleqram kanalında yaydığı bəyanatda deyilir. (Tass)