Ukraynanın Qərb müttəfiqləri Kiyevə 21 milyard avro (23,8 milyard dollar) hərbi yardım göstərməyi öhdələrinə götürüblər.
Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Con Hili Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasının yekunları üzrə mətbuat konfransında bildirib.
O əlavə edib ki, Böyük Britaniya 2025-ci ildə Kiyevə rekord məbləğdə 4,5 milyard funt sterlinq (5,9 milyard dollar) həcmində hərbi yardım verəcək. (Tass)