NATO-nun strateji məqsədi Avropada böyük dövlətlər arasında münaqişənin qarşısının alınmasını əhatə etməlidir. Bunu Pentaqonun rəhbəri Pit Heqset Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin son iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“NATO-nun strateji məqsədləri, gördüyümüz kimi, Avropada böyük güclər arasında qarşıdurmanın qarşısını almaq, nüvə və qeyri-nüvə silahlarından istifadə edərək təcavüzün qarşısını almaq və çəkindirmə uğursuz olarsa, ittifaq müttəfiqləri üçün təhlükələri aradan qaldırmaq olmalıdır” deyib Heqseth. (Tass)