Fələstinin HƏMAS radikal hərəkatı bütün dünyadakı ərəbləri və müsəlmanları İsrailin Qəzza zolağının bombardmanını dayandırmaq üçün nümayiş keçirməyə çağırıb. Bu barədə hərəkatın Telegram kanalında dərc olunan bəyanatda deyilir.
“Biz Fələstin və ərəb xalqlarının bütün nümayəndələrinə, bütün müsəlmanlara və tərəfdarlara müraciət edirik. Sabah, cümə günü, oktyabrın 20-si təcavüzə son qoyulması və zorla köçürülmənin rədd edilməsi günü olsun və 22 oktyabr bazar günü Qəzza uşaqları ilə həmrəylik günü olsun.Dünyanın azad insanları bütün şəhərlərdə və paytaxtlarda kütləvi nümayişlərə çıxmalıdırlar. Qəzza xalqı ilə həmrəylik nümayiş etdirin: – mesajda deyilir.
Həmas həmçinin bölgədəki qaçqın düşərgələrində məskunlaşan fələstinliləri bu günlərdə İsrailin işğal etdiyi ərazilərə doğru piyada yürüş etməyə çağırıb. (Tass)