Fələstinin HƏMAS hərəkatı liderləri noyabrın 11-də Ər-Riyadda toplanacaq ərəb və islam ölkələrini İsraillə münasibətləri kəsməyə və Qəzza zolağı və Livanda hərbi əməliyyatların dayandırılmasına kömək edəcək ittifaq yaratmağa çağırıb. Müvafiq bəyanat HƏMAS teleqram kanalında dərc olunub.
“Biz Ər-Riyadda keçiriləcək sammitdə iştirak etməyi planlaşdıran ölkələrin liderlərini İsrail və onun müttəfiqlərini Qəzza və Livanda müharibəni dayandırmağa məcbur edə biləcək beynəlxalq ərəb-islam ittifaqı yaratmağa çağırırıq İsraillə münasibətlərin normallaşdırılması və onun bütün səviyyələrdə tam təcrid olunmasına nail olmaq üçün mövcud bütün razılaşmalar neytrallaşdırılsın”, – sənəddə deyilir. HƏMAS-a görə qurulan ittifaq “Qəzzanın blokadasını yarmağa, İsrail qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa, Fələstin dövlətinin yaradılmasına və fələstinli qaçqınların öz yaşayış yerlərinə qayıtmasına” nail olmalıdır. Hərəkat həmçinin “xüsusilə qışın başlaması ərəfəsində Qəzza zolağının sakinlərinə ən qısa zamanda yardım və mənzil verilməsinin” zəruriliyinə də işarə edib.