HƏMAS ABŞ-ı qərəzliyi bir kənara qoymağa və fələstinlilərin hüquqlarını, o cümlədən paytaxtı Qüds olan öz dövlətlərinin yaradılmasını tanımağa çağırıb.
“Biz ABŞ-ı qərəzliyi bir kənara qoymağa və xalqımıza özlərini, torpaqlarını və müqəddəs yerlərini müdafiə etməyə, azad olmaq, [ərazilərinə] qayıtmaq və tam suveren dövlət yaratmaq istəklərini həyata keçirməyə imkan verməyə çağırırıq. Paytaxtı Qüds olan Fələstin dövləti”, – HƏMAS-ın Siyasi Büro üzvü İzzət ər-Rişqin teleqram kanalında dərc olunan bəyanatında deyilir. (Tass)