İsrail mətbuatında yayılan xəbərlərin əksinə olaraq, İsrail Qəzza zolağından qoşunların çıxarılması ilə bağlı yeni planı hələlik təqdim etməyib. Bunu “Frans Press” agentliyinə Fələstin HƏMAS Siyasi Bürosunun üzvü Basem Naim deyib.
“İşğalçı (İsrail nəzərdə tutulur ) hələ də Qəzza zolağından qoşunların çıxarılmasının yeni və ya yenilənmiş xəritələrini təqdim etməyib və onların əksini iddia edənlər yalandır”, – o deyib.
Bundan əvvəl İsrailin dövlətə məxsus Kan telekanalı yəhudi dövləti ilə Fələstin hərəkatı arasında İsrailin Qəzzadan çıxarılması məsələsi ilə bağlı aparılan danışıqlarda uğur qazanıldığını bildirmişdi.
İyulun 6-da Həmas və İsrail Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada Qəzza zolağında atəşkəs və anklavda saxlanılan israilli girovların azad edilməsinə dair razılıq əldə etmək məqsədi daşıyan danışıqlar prosesini bərpa ediblər. (Tass)