Fələstinin Həmas hərəkatı beş girovu nəzarətdə saxlayan radikal qruplaşma ilə əlaqəni itirib. Bu açıqlama ilə HƏMAS-ın hərbi qanadı – İzzəddin əl-Qəssam Briqadalarının nümayəndəsi Əbu Ubeydə çıxış edib.
“[İsrail Hərbi Hava Qüvvələrinin] bombardmanı nəticəsində beş əsir (girov) üçün məsul olan qrupla əlaqəmizi itirdik”, – Əbu Ubeydə Telegram kanalında bildirib. O, İsrail qüvvələrinin hücumu zamanı, radikal qruplaşmanın yanında olan beş girovdan üçünün adını verib.
Əvvəllər Qəzzada, İsrail tərəfinin bildirdiyinə görə, hələ də yüzdən çox girov saxlayan radikal qruplar İsrail ordusunun Fələstin anklavının müəyyən ərazilərini bombalaması zamanı onlardan bir neçəsinin öldüyünü dəfələrlə elan ediblər. (Tass)