Fələstinin HƏMAS hərəkatı silahlarının Qəzza zolağında saxlanması məsələsini müzakirə etməyə hazırdır. Bu barədə təşkilatın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk “The New York Times” a (NYT) müsahibəsində bildirib.
O, hərəkatın Qəzza zolağındakı silahlarının gələcək statusu ilə bağlı sualı cavablandırarkən, “Biz istənilən mövzunu müzakirə etməyə hazırıq” deyib.
NYT-nin məlumatına görə, Əbu Mərzukun açıqlamaları HƏMAS siyasi bürosunun digər üzvü Usamə Həmdanın bəyanatları ilə ziddiyyət təşkil edir, o, əvvəllər hərəkatın tərksilah edilməsi məsələsinin müzakirəyə çıxarılmadığını vurğulamışdı. Bunu şərh edən Əbu Mərzuk qeyd edib ki, heç bir lider təkbaşına gündəmi təyin edə bilməz. Eyni zamanda, HƏMAS siyasi bürosunun sədr müavini hərəkatın Qəzzada silahlarının saxlanması məsələsi ilə bağlı hansı güzəştlərə gedə biləcəyini dəqiqləşdirməyib. (Tass)