Fələstin HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının döyüşçüləri Qəzza şəhərinin qərbində gedən döyüşlər zamanı İsrail ordusunun 15 əsgərini öldürməyə müvəffəq olduqlarını iddia edirlər. Bu barədə HƏMAS-ın Telegram-kanalında yerləşdirilmiş mesajda deyilir.
Bundan əlavə, qruplaşma şəhərin qərb rayonlarında düşmən konsentrasiyasına minaatan mərmiləri atdığını bəyan edib. Öz növbəsində, şimal hissədə İzzəddin əl-Qəssam briqadalarının döyüşçüləri İsrailin üç Merkava tankını sıradan çıxarıblar, başqa bir məlumatda qeyd olunur. (Tass)