Fələstinin Həmas hərəkatı bütün maraqlı tərəfləri məlumatlandırıb ki, döyüşlər davam etdiyi müddətdə əsir götürülmüş israilli girovların taleyi ilə bağlı heç bir danışıqlar aparmaq niyyətində deyil. Bunu onun Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyyə deyib.
“Biz bütün tərəfləri məlumatlandırdıq ki, həbsimizdə olan israilli məhbusların işi döyüşlər bitənə qədər açılmayacaq”, – deyə Haniyə bildirib. (Tass)