Fələstin HƏMAS hərəkatı fevralın 1-də İsrail vətəndaşı Yarden Bibası, Amerika pasportu sahibi Keyt Seqal və Fransa vətəndaşı Ofer Kalderonu azad edəcək.
Müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun nümayəndəsi Əbu Ubeydə Telegram kanalında dərc edib.
“İsrail ilə” mübadilə razılaşmasının bir hissəsi olaraq biz fevralın 1-də Ofer Kalderon, Keyt Seqal və Yarden Bibası azad etmək qərarına gəldik”, o yazıb. (Tass