Fevralın 20-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin cəsədlərini İsrail tərəfinə təhvil verəcək. Müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə yayıb.
Əbu Ubayda Telegram kanalında yazıb: “[İsraillə] mübadilə müqaviləsinin bir hissəsi olaraq, Bibas ailə üzvlərinin və Oded Lifşitzin cəsədini cümə axşamı qarşı tərəfə təhvil verəcəyik. Onun sözlərinə görə, həlak olanların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub. (Tass)