Fələstinin HƏMAS radikal hərəkatı girov və əsirlərin mübadiləsinə dair razılaşmaya sadiqliyini təsdiqləyib. Bu barədə hərəkatın rəsmi Telegram kanalında dərc olunmuş bəyanatında deyilir.
HƏMAS “müvəqqəti atəşkəs razılaşmasının icrasının davam etdirilməsini təmin etmək üçün gün ərzində Misir və Qətərin göstərdiyi səyləri yüksək qiymətləndirib”. Bundan əlavə, hərəkat noyabrın 25-də baş tutmalı olan sövdələşmənin ikinci mərhələsi çərçivəsində azad ediləcək 39 məhbusun adının siyahısını dərc edib. (Tass)