Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində israilli girovların azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı Qətər və Misirə cavabın ötürüldüyünü təsdiqləyib. Müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc olunub.
“Həmas bir müddət əvvəl çərçivə razılaşması ilə bağlı cavabını Qətər və Misirdəki qardaşlarına çatdırdı. Bu, hərəkatın rəhbərliyi səviyyəsində, eləcə də digər müqavimət qüvvələri ilə məsləhətləşmələr başa çatdıqdan sonra baş verdi”, mətndə qeyd olunur.
Açıqlamaya görə, HƏMAS saziş layihəsinə müsbət reaksiya verib. (Tass)