Bir neçə saat ərzində Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad ediləcək israilli girovların siyahısını vasitəçilərə təhvil verəcək. Bu barədə “Asharq” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Bazar günü səhər İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, Qəzza zolağında Bakı vaxtı ilə saat 10:30-da başlaması planlaşdırılan atəşkəs HƏMAS öhdəliklərini yerinə yetirməyincə və İsrail tərəfinə girovların siyahısını təqdim etməyincə qüvvəyə minməyəcək. Həmas hərəkatı girovların siyahısının verilməsini nəzərdə tutan müqavilənin şərtlərinə əməl edilməməsinin “texniki səbəblərini” izah edib. (Tass)