Fələstinin HƏMAS radikal hərəkatının silahlı qanadı – İzzəddin əl-Qəssam Briqadaları Təl-Əvivin növbəti dəfə atəşə tutulduğunu elan edib.
Qrupun Telegram kanalında yayımlanan mesajda qeyd olunduğu kimi, zərbə İsrail tərəfindən fələstinli mülki əhalinin “kütləvi şəkildə öldürülməsinə” cavab olaraq həyata keçirilib.
Öz növbəsində, HƏMAS hərəkatının Telegram kanalında “Təl-Əviv və ətrafına raket düşməsi” anlarını əks etdirən foto və videolar yerləşdirilib.
Bu, İzzəddin əl-Qəssam Briqadalarının axşam saatlarında şəhərin atəşə tutulması ilə bağlı ikinci mesajıdır. (Tass)