İsrailin İrana hücumu “təcavüz aktıdır” və Yaxın Şərq regionunda hərbi eskalasiyanın daha da artmasına kömək edir. Bu açıqlama ilə Fələstinin HƏMAS hərəkatının nümayəndəsi Sami Əbu Zuhri çıxış edib.
“İsrailin İrana qarşı təcavüz aktı Yaxın Şərqdə mövcud münaqişənin eskalasiyasının davamından başqa bir şey deyil”, – deyə Reuters onun sözlərini sitat gətirib .
Bundan əvvəl İran KİV-i aprelin 19-na keçən gecə İsfahan əyaləti səmasında üç pilotsuz təyyarənin vurulduğunu bildirib. Tehranın məlumatına görə, dağıntılar və ya “qəzalar” barədə məlumat verilməyib. (Tass)