Fələstinin İslamçı HƏMAS hərəkatının sözçüsü Qazi Həməd bazar ertəsi günü əmin edib ki, Qəzza zolağı İsrailin quru işğalına müqavimət göstərməyə davam edəcək.
“İsrail dövləti və ordusu müharibə başlayandan bəri heç bir hərbi və ya siyasi nəticə əldə edə bilməyib. Qəzza zolağı İsrailin quru işğalına qarşı müqavimət göstərməyə davam edəcək”, – Əl Ərəbiyyə telekanalı onun sözlərini sitat gətirib. (Tass)