Fələstin HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları eyniadlı sektorun inzibati mərkəzi olan Qəzza şəhərinin kənarında İsrail ordusunun komandanlıq məntəqəsinə raket hücumu təşkil etdiyini iddia edib. Bu barədə radikallar Telegram kanalında məlumat veriblər.
“İzzəddin əl-Qəssam Briqadaları düşmən komanda məntəqəsini qısa mənzilli raket sistemi ilə atəşə tutub” deyən hesabatda HƏMAS tərəfdarlarının hücumunun hədəfinin Qəzza şəhərinin cənub kənarında olduğu qeyd edilir. (Tass)