İsrail xüsusilə Fələstin anklavında daimi atəşkəs və müvəqqəti köçkünlərin geri qaytarılmasını nəzərdə tutan Qəzza zolağı ilə bağlı razılaşmanın şərtlərindən yayınmağa çalışır. Bu bəyanatla Fələstinin radikal HƏMAS hərəkatı çıxış edib.
“Həmas hərəkatı xalqımıza qarşı təcavüzün tam dayandırılmasını nəzərdə tutan razılaşma əldə etmək üçün lazımi çeviklik nümayiş etdirdi, lakin işğalçı (yəni İsrail ) bu sazişin şərtlərindən yayınmağa davam edir, xüsusən daimi atəşkəs, köçkünlərin geri qaytarılması, qoşunların Qəzza zolağından çıxarılması və xalqımızın ehtiyaclarının ödənilməsi ilə bağlı olanlar”, – hərəkatın teleqram kanalında dərc olunan bəyanatda deyilir. (Tass)