Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında razılaşma müsəlmanların müqəddəs Ramazan ayı ərzində Qəzza zolağında atəşkəsin bağlanmasını da əhatə edə bilər. Bu barədə “Sky News Arabia” məlumat yayıb.
Kanalın mənbələrinin bildirdiyinə görə, sövdələşmə “Ramazan ayı ərzində Qəzza zolağında atəşkəs daxildir”. 2024-cü ildə ərəb astronomlarının fikrincə, 11 mart – 9 aprel tarixlərinə düşür. (Tass)