İsrail hakimiyyəti yeni atəşkəsin bağlanmasına yönəlmiş bir neçə təklifi rədd edib. Bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
“İşğalçı (İsrail – TASS qeydi) məhbuslarımızın azad edilməsi müqabilində məhbuslarını azad etmək məqsədi ilə yeni atəşkəsin bağlanmasına yönəlmiş bir sıra təklif və təşəbbüsləri rədd etdi” . Siyasi Büro üzvünün sözlərinə görə, İsrail bunun əvəzində “cinayətlər törətməyə davam etmək əzmini” nümayiş etdirdi.
“Biz işğal zindanlarında saxlanılan yaşlı məhbuslarımızın azadlığa buraxılması müqabilində əlimizdə saxlanılan yaşlı məhbusların azadlığa buraxılması üçün təkliflər verdik, lakin sionist işğalçı bu təklifi rədd etdi” deyib. Bundan əlavə, əl-Həyya bildirib ki, İsrail HƏMAS tərəfindən əsir götürülən və Qəzza zolağının bombalanması zamanı həlak olan vətəndaşlarının cəsədlərini qəbul etməkdən imtina edib.
“İşğalçının [yeni atəşkəslə bağlı] bütün təkliflərdən imtina etməsi onun Qəzza zolağında cinayətləri yenidən törətməyə hazırlaşdığına açıq işarədir. Xalqımız və müqavimətimiz [İsrailin] təzələnmiş təcavüzünü qızılgül və ya zeytun budağı ilə qarşılamayacaq. Iakin bütün gücümüzlə buna qarşı çıxacağıq qətiyyətlə” əl-Həyya əmin edib. “Biz vasitəçilərə bildirdik ki, tam atəşkəsə nail olmaq üçün əsir götürülmüş mülki vətəndaşlarımızın azad edilməsi ilə bağlı danışıqlara hazırıq”. (Tass)