Fələstinin HƏMAS radikal hərəkatı İsrailin Qəzza zolağından tərksilah edilməsi və qüvvələrini geri çəkməsi tələbini rədd edib. Bu barədə təşkilatın nümayəndəsi Hazem Qasem məlumat verib.
“[İsrailin] HƏMAS-ın Qəzza zolağından çıxarılması şərti gülünc bir psixoloji müharibədir, müqavimətin Qəzzədən çıxarılması və ya tərksilah edilməsi qəbuledilməzdir. Qəzza zolağının gələcəyi ilə bağlı istənilən razılaşma milli konsensus əsasında həyata keçiriləcək”, – Əl-Cəzirə Həmas nümayəndəsindən sitat gətirir.
İsrailin xarici işlər naziri Gideon Saar çərşənbə axşamı bildirib ki, İsrail Qəzza zolağında döyüşlər bitdikdən sonra HƏMAS-a hər hansı mövcudluğunu saxlamağa icazə verməyəcək və Qəzzanın tamamilə tərksilah edilməsini tələb edir.