İsrail ordusu ilə radikal HƏMAS və İslami Cihad hərəkatları arasında müvəqqəti atəşkəs beş gün davam edəcək. Bu barədə “Al Shark” qəzetinə hazırda iki tərəf arasında vasitəçilər vasitəsilə müzakirə olunan saziş layihəsi ilə tanış olan mənbələr bildiriblər.
“Həmas və İslami Cihad yaraqlıları oktyabrın 7-dən bəri əsir saxlanılan 10 girovu İsrail həbsxanalarından 30 fələstinli məhbusun əvəzində hər gün azad etmək barədə razılığa gəliblər”, – deyə mənbələr qeyd ediblər.
İsrail də öz növbəsində Qəzza zolağında blokada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb. (Tass)