Fələstinin HƏMAS hərəkatı İsraillə dolayı danışıqlarda təqdim etdiyi son təşəbbüsə cavab olaraq, qarşı tərəflər arasında razılaşmanın mətninə mümkün 60 günlük atəşkəs başa çatdıqdan sonra Qəzza zolağında hərbi əməliyyatların bərpa olunmayacağına dair təminat haqqında bənd daxil edib. Bu barədə radikal hərəkata yaxın olan Maan agentliyi məlumat yayıb.
Onun mənbələrinə görə, HƏMAS “bu şərti Qəzza zolağında atəşkəs razılaşmasına ayrıca bənd kimi daxil etməkdə israrlıdır”. Son vaxtlara qədər radikallar ABŞ-dan bu məsələdə zəmanət verməsini tələb edirdilər. (Tass)